Qazaxıstanda parlament seçkilərinin vaxtı müəyyənləşib

57

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ölkədə parlament (aşağı palata) seçkilərinin tarixini təyin edib. Ölkə başçısı seçkilərin ilk dəfə partiya siyahıları ilə keçiriləcəyini bildirib.

Sənəddə bildirilir ki, partiya siyahıları ilə növbəti parlament seçkiləri 2021-ci il yanvarın 10-na, Qazaxıstan Xalq Assambleyası tərəfindən seçilən deputatların seçkiləri isə yanvarın 11-nə təyin edilib.

Qazaxıstan rəhbəri MSK və Baş Prokurorluğun seçkilərin qanuniliyinə, şəffaflığına və ədalətinə riayət olunmasını tapşırıb.

Hökumətə Nur-Sultan, Almatı, Çimkent və bölgələrin akimlərinə növbəti seçkilərin təşkilati, maddi, texniki və maliyyə dəstəyi üçün lazımi tədbirlərin görülməsi həvalə edilib.

musavat.com