Qazaxıstanda koronavirusa yoluxanların sayı 107 450 nəfərə çatıb

57

Qazaxıstanda ötən sutka ərzində 78 nəfərdə koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Trend-in məlumatına görə, aşkarlanan yeni yoluxma halları Nur Sultan (20) və Almatı (3) şəhərlərində, Akmolinsk (2), Aktyubinsk (1), Almatı (3), Atırau (5), Şərqi-Qazaxıstan (28), Qərbi-Qazaxıstan (2), Karaqanda (4), Kostanay (2), Qızılorda (1), Şimali-Qazaxıstan (5) vilayətlərində qeydə alınıb.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 107 450 nəfərə çatıb.