Qazaxıstan Rusiyadan benzinin idxalına qadağa qoyur

    6

    Qazaxıstan elektron hökumət portalında energetika naziri Kanat Bozumbayevin dəmiryolu nəqliyyatı vasitəsilə Rusiyadan ölkəyə benzinin idxalına qadağa qoyulması haqqında əmr dərc edilib.

    Hurriyyet.org xəbər verir ki, qərar iyunun 6-dək ictimai müzakirəyə çıxarılıb.

    Qadağanın 3 ay müddətinə tətbiq edilməsi təklif olunur.

    Əmr rəsmi dərc edildikdən 10 gün sonra qüvvəyə minəcək.

    Kanat Bozumbayev apreldə Qazaxıstanda yanacağın bolluğu səbəbindən benzinin ucuzlaşa biləcəyi barədə açıqlama vermişdi./apa/