Qazaxıstan Rusiya ilə razılaşmanı ləğv elədi

213

Hurriyyet.org xəbər verir ki, Qazaxıstan Respublikası Rusiya Federasiyası ilə raket atılması zamanı əməkdaşdaşlıqla bağlı dövlətlərarası müqaviləni ləğv elədiyini bəyan edib. 2015-ci il 15 oktyabr tarixində, Rusiya Prezidenti V.Putin ilə Qazaxıstanın keçmiş Prezidenti N.Nazarbayev arasında  imzalanan razılaşmaya görə, Qazaxıstan Rusiyanın Orenburq və Dombarovski stansiyalarından atdığı raket parçalarınının müəyyən edilmiş ərazilərinə düşməsinə icazə verirdi.

Həmin razılaşmanın ləğv edildiyini bildirən, Qazaxıstanın Baş naziri Asker Mamin tərəfindən imzalanan yeni qərar imzalandığı andan qüvvəyə minib.