Qazaxın 5 kəndi və vacib yol sektorunun bir hissəsi Azərbaycanın nəzarəti altına keçəcək

702
“Ermənistanın Tavuş vilayətinin İcevan, Noyemberyan, Şəmşəddin rayonlarının inzibati ərazisində yerləşən təxminən 5 kəndin taleyi məlum deyil”.

 

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ermənilər narahatdırlar ki, yeni demarkasiya tezliklə Tavuşa da çatacaq və bəzi ərazilər, eləcə də vacib infrastrukturlar Azərbaycanın nəzarəti altına keçəcək. Bundan əlavə, iki hərbi hissənin köçürülməsi ehtimalı məsələsi müzakirə olunur.

Üstəlik, sahə ilə tanış şəxslər bildiriblər ki, hərbi hissələrin köçürülməsinin müzakirəsi hələ ilin sonunda olub, lakin Sünik ətrafında böyük qalmaqal səbəbilə bir müddətlik məsələ dayandırılıb.

Bağanis kəndinin bəzi hissələri Azərbaycanın nəzarəti altına keçə bilər.

Erməni sərhədçilərdən biri bildirib ki, Voskepardan Bağanisə gedən yolun bir hissəsi, Sünikdə olduğu kimi, Azərbaycana təhvil veriləcək, Tavuş vilayətinin 5 kəndi və vacib yol sektorunun bir hissəsi Azərbaycanın nəzarəti altına keçəcək.

Voskepar kəndinin inzibati rəhbəri hazırda rəsmi məlumat olmadığını deyib.

Qeyd edək ki, Qazaxın 3-ü anklavda olmaqla 7 kəndi Ermənistanın işğalı altındadır.