Qazaxda qadın kişini bıçaqladı

    6

    Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Hurriyyet.org xəbər verir ki, rayonun Çaylı kənd sakini 1990-cı il təvəllüdlü Sanıyev Səməd Maksim oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə Qazax Rayon Mərkəzi Diaqnostika Mərkəzinə yerləşdirilib. O, əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir.

    İlkin məlumata görə, hadisə münaqişə zəmnində bir qadın tərəfindən törədilib.

    Faktla bağlı araşdırma aparılır./apa/