Qazaxda kütləvi ZƏHƏRLƏNMƏ: bir ailənin üzvləri xəstəxanaya yerləşdirildi

    21

    Qazax rayonunda kütləvi qida zəhərlənməsi olub.

    Hurriyyet.org xəbər verir ki, Qazax şəhər sakinləri, 1950-ci il təvəllüdlü Faiq Kərim oğlu Xudiyev, 1993-cü il təvəllüdlü Elmira Maksim qızı Xudiyeva, 1991-ci il təvəllüdlü Xudiyeva Vusal Faiq oğlu və 1957-ci il təvəllüdlü Yusifova Almaz Həmid qızı qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Zəhərlənənlərin bir ailənin üzvləri olduğu bildirilir və onların doğum günü tortundan zəhərləndiyi ehtimal edilir.

    Faktla bağlı araşdırma aparılır./report/