Qazaxda avtomobil çobanı və qoyun sürüsünü vurdu – 57 HEYVAN TƏLƏF OLDU

    39

    Qazax rayonunda avtomobil qoyun sürüsünü və çobanı vurub.

    Hurriyyet.org bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı-Qazax yolunun 480-ci kilometrliyində – Qazax rayonunun Daşsalahlı kəndi ərazisində Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çoban – Qazax rayon sakini Adil Quliyevi vurub. Nəticədə A.Quliyev xəstəxanaya yerləşdirilib. 57 baş qoyun isə tələf olub.

    DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.