“Qaytarıb vermək fikrim var idi” – 70 min oğurlayan şəxs – VİDEO

    15

    Bu il aprelin 30-da DİN-in "102 Zəng Mərkəzi Xidməti"nə müraciət edən Mingəçevir şəhərində şirkətlərin birində işləyən Elçin Abdullayev tanımadığı 2 nəfərin onu vuraraq içərisində şirkətə məxsus pul olan çantasını aldıqlarını bildirib.

    Hurriyyet.org ARB TV-yə istinadən xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

    Araşdırmalar nəticəsində məlum olub ki, saat 7 radələrində 2 nəfər şəhər ərazisindəki MMC-lərin birində hasilatçı (ekspeditor) vəzifəsində çalışan E.Abdullayevi evinin girişində fənərə oxşar alətlə vuraraq şirkətə məxsus içərisində 70000 manat olan çantanı əlindən alaraq aradan çıxıb.

    DİN-in Baş Cinayət Axtarışı İdarəsi və ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər müəyyən ediliblər.

    Polis əməkdaşları tərəfindən saxlanılan basqınçılardan biri – şəhər sakini Kənan Vəliyevin yaşadığı evdən 16 min manata yaxın pul, 1 ədəd beşbarmaq və 2 ədəd bıçaq aşkar edilərək maddi sübut kimi götürülüb.

    Kənan Vəliyev – saxlanılan şəxs: "Şeytan aldatdı. Peşmanlığını çəkirəm. Qaytarıb vermək fikrim var idi".

    Faktla əlaqədar cinayət işi başlanılıb.