Qayıq aşdı, 4 turist öldü – GÜRCÜSTANDA

    12

    Gürcüstanın Acarıstan bölgəsinin Xelvaçauri rayonunda Acaristskali çayında raftinq zamanı 4 turist ölüb.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, 6 nəfərin olduğu kiçik qayığın aşması nəticəsində 4 nəfər suda boğulub. Bədbəxt hadisə zamanı ölən turistlərin Ukrayna vətəndaşları olduğu bildirilir.

    Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.