Zaur Kamal verilişində qarşılaşdığı maraqlı bir olaydan şikayətlənib.
Hurriyyet.org milli.az-a istinadən xəbər verir ki, aparıcı rayonlardan birinə gedərkən restoranda ona gətirilən hesabı görəndə məəttəl qaldığını bildirib.
Aparıcının bu açıqlaması verilişin qonaqlarını da təəccübləndirib:
"Hacıqabulda bir restoranda səhər-səhər qayğanaq yedik. Bizdən 250 manat hesab istədilər".
Manaf Ağayev Zaurun bu açıqlamasına rişxəndlə "Ola bilər hind toyuğu yumurtası olub"ifadəsini işlədib.