Qaxda üç uşaq anası intihar etdi

201

Bu gecə Qax rayonunun Qaratala kəndində intihar hadisəsi baş verib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, kənd sakini, 1992-ci il təvəllüdlü Fatma İbadullah qızı Abbasovanın meyiti asılmış vəziyyətdə yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib. Üç uşaq anası olan F. Abbasovanın intihar etməsinin səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.