Qaxda evdən 6 min manatlıq oğurluq edən qadın saxlanıb

153

Qaxda evdən qızıl-zinət əşyaları oğurlayan qadın saxlanıb. 

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda  şübhəli bilinən rayon sakini K.Nəzərəliyeva saxlanıb.

Musavat.com