QATAR 25 SANİYƏ TEZ YOLA DÜŞDÜ, NƏHƏNG ŞİRKƏT ÜZR İSTƏDİ

    6

    Yaponiyada qatarın vaxtından 25 saniyə əvvəl qalxması sosial mediada böyük müzakirəyə səbəb olub. Əslində məsələdən hali olunca, bu xəbərə bizim də reaksiyamız onlarınkı kimi oldu.

    Xəbərin məzği odur ki, Qərbi Yaponiya Dəmiryolu Şirkəti qatarın 25 saniyə tez qalxması ilə bağlı sərnişinlərdən üzr istəyib. Onlar yaydıqları açıqlamada sərnişinlərinə böyük zəhmət verdiklərini və bu xətanın bağışlanılmaz olduğunu qeyd ediblər.

    “Japan Today” qəzetinin açıqlamasına görə, Notoqova stansiyasında maşinist qatarın 07.11-də yola düşəcəyini sanırmış. Amma onun əsl yola düşmə saatı isə 07.12-miş.

    O, qapıları örtdükdən sonra öz yanlışını anlayıb. Qatarı saxlamaq istəsə də, platformada sərnişin qalmadığını görüb yoluna davam edib.

    Sosial şəbəkə istifadəçiləri nin çoxu “Hindistanda olsaydı, əsla belə bir şey yaşanmazdı, amma Yaponiya üçün bu, böyük utancdır. Bizim qatarlar sərnişinləri bir gündən artıq gözlədir” deyə qeyd ediblər.

    Hurriyyet.org