Qasım Süleymaninin ölümündə təqsirləndirilən şəxs EDAM EDİLƏCƏK

48

Hurriyyet.org xəbər verir ki, ABŞ tərəfindən öldürülmüş Qasım Süleymaninin gediş-gəlişi ilə bağlı məlumatları paylaşdığı ittihamı ilə İranda həbs edilmiş şəxsə edam hökmü çıxarılıb. 

İran Məhkəmə Sisteminin mətbuat nümayəndəsi Qulamhüseyn İsmaili bu gün keçirdiyi mətbuat konfransında Mahmud Musəvi Məcd adlı şəxsin İsrailin MOSSAD və Amerikanın CIA (Mərkəzi Kəşfiyyat İdarəsi) təşkilatlarına kəşfiyyat məlumatları ötürdüyünü bildirib.

İsmaili Məcdin İran məhkəməsi tərəfindən edam cəzasına məhkum edildiyini və cəzanın yaxın zamanda tətbiq ediləcəyini bildirib.

Bəlli olduğu kimi, 2020-ci ilin 3 yanvar tarixində iranlı general Qasım Süleymani və Haşdi Şabinin sədr müavini Əbu Mehdi əl Mühəndisi Bağdad Hava Limanında keçirilən bir hava hücumu nəticəsində öldürülmüşdü.

Hurriyyet.org