QARĞI ATLI CİGİDLƏR, GƏLDİLƏR DƏ GETDİLƏR..! – “Boz Kardinal”ın boz kariyerası

324

Tarix o zaman qiymətli olur ki, ondan müəyyən dərslər götürülür. Azərbaycanda milli dövlət – müstəqillik xətti möhkəmləndikcə onun düşmənləri durmadan artmaqdadir. Bu isə təbii bir haldır. Çünki Azərbaycan öz geopolitik mövqeyinə görə müxtəlif dövlətlərin, hətta deyərdim ki, müxtəlif mədəniyyətlərin və maraqların münaqişə apardığı bir regionda birləşir.
Dəfələrlə bu ölkənin dövlət başçılarına, hətta lap otra əsrlərə belə səyahət eləsək – şahlara, xaqanlara və saray əyanlarına onun sərhədlərindən də çox-çox uzaqlarda müxtəlif qəsdlər, təcavüzlər, hücumlar təşkil edilmişdir və hələ də davam etdirilməkdədir.
Çox təəccüblüdür ki, indiyəcən Azərbaycan ictimaiyyətinin daxilindəki sabitliyi pozmağa çalışan düşmənlərimiz birdən-birə nəzərlərini prezident aparatının içərisində “sapı özümüzdən olan baltaların” əli ilə həyata keçirmək arzusundadırlar. Əlbəttə, bu feodal xülyasından başqa bir şey deyildir. Artıq XXİ-ci əsr, üçüncü minillik- Yeni Eradır, cənablar! İndi texnoelektron dövr-beyin idxalı və beyin ixracı dövrüdür! Tarixi bünövrəmizə ”qırmızı rəngli”, “kommunist nağıl”lı ölkə kimi baxanlar əlbəttə ki, yanılirlar. Azyaşlı məktəblilər Makiavellini, Taleyranı, Bismarkı da Azərbaycan nağılları qədər maraqla oxuyurlar.
Azərbaycan Respublikası İcra Aparatının keçmiş rəhbəri Mehdiyevin siyasi reallıqları nağıl kimi yaşaması hamıda təəccüb dourur. Əlbəttə, 82 yaşlı bir Qocanın öz dəbdəbəli keçmişindən gülə-gülə ayrılmaması və əksinə, həyatını yenidən “davamlı inkişafa” çevirməsı narsist xudbinliyin əlaməti kimi görünür. Aşağıları həmişə manqurt halında yuxuya alışdırmaq sağlam təxəyyülün məhsulu ola bilməz. Bu anormallıqdir! Sən metafizikanın qaunlarına zidd gedə bilməzsən Ramiz Mehdiyev!! Çəkil bir neçə saatlığa sakitliyə, hamıdan təcrid olun. Düşün ki, kiməm mən, yaşadığıgım illərim mənə və xalqa nə verdi, mən nələr ettdim. Məkrli oyunlarını saxlamaq istəyin hələ də varmı? Həmişə eyni oyunu oynamaq mümkündürmü? Məncə yox.Oyun qurtarıb, cənab Mehdiyev!
Sən ( Siz deməyi yaraşdırmadığımdan Sən deməyi üstün tutdum.)uzun müddət özünü xalqın içərisində yaşamaqdan təcrid etmisən. O xalqın ki, sənə süfrəsinin son tikəsini verib, əlindən tutub məktəbə aparıb, boya-başa çatdırıb, evli-eşikli edib, sənə ümid bəsləyib vəzifə etibar edib. Bəs sən nə etmisən bu xalqa?Onun var-dövlətini talamısan, düşünən başlarını şıkəst etmisən, gənclərimizi həbsxanalara doldurmusan, istedadlı insanlarıni doğma vətənindən didərgin salmısan. Bəli, bəli, sən bunları etmisən.Çünki, uzun müddət bu cənnətməkana, Allahın sevdiyi günəşli vətənimizə rəhbərlik etmisən. Məhz, sən rəhbər olmusan və biz ,,xırda” adamları bacardıgın qədər əzmisən Ramiz Mehdiyev!
Xarici Azərbaycan Şah İsmayıl boyda bir həqiqət deməkdir. Bu böyüklüklə barışmayanlar, tumu, toxumu yaş olanlar bizi qarış-qarış kiçildiblər. Vətəni və xalqı bəzən pərakəndə, bəzən də topdansatışa qoyublar. Təki cibləri gözlərini doydursun, sənin kimi! Fəqət bu acgözlük heç zaman doymaq bilmir ki, bilmir.
Həyatda ləl-cəvahirat sahibi olmaq, hamını qarşısında diz çökdürmək, itaət etdirmək, son anda vətəni, müstəqilliyi də dağıtmaq kişilik, İnsanlıq deyil. Ancaq və ancaq başqa millətin südünü əmmişlər bunu edə bilər. Bu min illərin köhnə işidi, şablon reseptidir. Çox yol getdiyindən əks reaksiya doğurur. Bu ahıl yaşınızda yalnız müasirləşmək və kamilləşmək lazımdır,(əgər o qan səndə varsa) Ramiz Mehdiyev. Özü də bu proses Sənin bu çətin durumun üçün hava və su kimi lazımdır.
Bu Vətəni, bu Xalqı, bu Dövləti sənin kimi acgözlərdən xilas etmək vəzifəsi Qarabağı azad etmək vəzifəmizdən qat-qat ağır və çətindir.
Şəxsi mənafe, satqınliq, məkr və yalan, qisasçılıq imiclərinə görə səni bu yola salanlara, yaxud öz canında mayalanan bu virusları görüb uzun müddət səndən istifadə edənlərə, sonda isə səni yazıq və böyük Rus satiriki Qoqolun zavallı qəhrəmanına çevirənlərə bu gün mənim nifrətimin kökündə də sənin kimliyin, itən həqiqət və rəhm hisslərini oyatmağım əsas rol oynayır.Hər bir kəs kimliyindən asılı olmayaraq tutduğu dövlət postunda, yaxud yaşadığı sadə ömür yolunda nə etdiyinin fərqinə varmalı və içindəki Allah sevgisini itirməməlidir. Hər bir kəs etdikləri qarşısında cavab verməlidir. Sən bunları düşünmüşdünmü, Ramiz Mehdiyev?!
KİM KİMİ?! – ZAMAN GÖSTƏRƏCƏK!
20 Yanvar faciəsinə qarşı qəti etiraz aksiyasına başlamış Azərbaycan milli mətbuatının üzərinə (“Kommunist”, indiki “Azərbaycan” nəşriyyatında) rus generalları ilə gələn MK-nin səlahiyyətli nümayəndəsi Ramiz Mehdiyev bilirsinizmi nəyi tələb etmişdir?
Dayandırılmiş qəzetlərin təcili nəşrini və orada Azərbaycanın müstəqillik uğrunda ümumxalq mübarizəsinə ləkə yaxılmasını.
“Azərbaycan” nəşriyyatının bu gün həmin hadisəyə şahid olan naşir və mətbəə işçiləri, jurnalistlər Mehdiyevin hansı şəkildə cəzalandığına da şahidlik gətirə bilərlər. Cəfər Cabbarlı adına Azərbaycan Film Kinostudiyasına gələrək “Yenidənqurma”nın prinsiplərinə zidd olaraq direktor seçkisi prosesini pozması və cəzalandırılması başqa bir söhbətin mövzusudur. Lakin bunlar 30 il əvvəl olub. Elə o vaxtdan Mətbuatımız və Kinomuz sənin qəzəninə tuş gəlib, sənin “KİN”inin qurbanına çevrilib.
R. Mehdiyevin ötən minilin sonu, yaşadığımız minilin isə 20 ilində azad mətbuat üzərinə repressiv hücumları, necə deyərlər, Boz Kardinalın azadfikirliliyə və demokratiyaya qarşı səlib yürüşləri bu gün mətbuat tariximizin ən qara səhifələrini təşkil edir.
Mən deyərdim ki, nə çar Romanovlar “Əkinçi”yə, nə də keçmiş SSRİ-nin Azərbaycandakı fövqaladə komissarları azadfikirliliyə qarşı bu qədər kin və qərəzlə yanaşmayıblar. R.Mehdiyevin Azərbaycan mətbuatından və demokratik hərakatdan istəyi nədir?
Bu gün R.Mehdiyevə münasibətdə işlənən başlıca epitet Boz Kardinallıqdır. Mənim bildiyimə görə, Mehdiyev hələ bir dəfə də olsun bu ürəkbulandırıcı terminə öz etirazını bildirməyib. Deməli, Ənvər kişinin oğlunun könlünə kardinallıq yaxşı yatır, özü də boz olmaq şərtilə. Niyə də yatmasın.Azərbaycanın siyası florasında Boz kardinallıq edib xoşallanmağı kim istəməz?!
Mən ədəbi –bədii aləmə Azərbaycan mətbutaı mühitindən gəlmişəm. ”Baki”, “Baku”, “Azərbaycan müəllimi”, “Ədəbiyyat və İncəsənət” ,”İlham” kimi kütləvi tiraşla nəşr olunan nüfuzlu qəzetlərin müxbiri, bölmə müdiri və nəhayət “İlham” mədəniyyət qəzetinin redaktoru olmuşam. Sonra Bakı şəhər Mətbuatyayımı idarəsinin sədr müavini, qəzetlərinin Tiraj Komissiyasının sədri seçilmişəm. Ən doğru və həqiqət yolunu həyat devizi seçərək demokratik mətbuatın dirçəlməsi və inkişafı yolunda əlimdən gələni etmişəm. Bunu o dövrdə qəzet və jurnal nəşr edən, bir sözlə, mətbuat nümayəndələri çox gözəl bilirlər. Mən o vaxtlar R.Mehdiyevin və Əli Həsənovun oyun taktikalarını biləndən sonar dəhşətə gəldim. Elə onların çirkin əməllərini sifətlərinə dediyim üçün, məqsədli “göstərişlərinə” tabe olmadığım üçün məni öz halal işimdən azad etdilər – qanım və canım qədər istədiyim vətənimdən uzun müddət didərgin saldılar. Sanki, ana bətnində ikən dövlətçiliyimizə və xalqımıza qarşı öyrədilmiş, zombiləşdirilmiş bu iki fiqur bilərəkdən Azərbaycan mətbuatından və mədəniyyətindən qisas almaq üçün böyük bir missiyanı həyata keçirirdilər.
Redaktoru olduğum ilk xalqçı mədəniyyət qəzeti “İlham”in nüfuz dairəsi genişləndikcə Ramiz Mehdiyevin və Əli Həsənovun intəhasız qəzəbi başqaları kimi bizim də dəyirmanımızın suyunu kəsdi. Zamanında hər cür riyakarlığın və siyasi həyasızlığın çiçəkləndiyi bir dördə “İlham”çılar milli mətbuatımızda həqiqi bir məktəb yaratmaqlarına baxmayaraq qaragüruhun qurbanı oldular. “İlham” yerləşdiyi ofis əlimizdən alındı və fəaliyyəti dayandırıldı. Minlərlə oxucusu və təssübkeşi olan bir ideoloji cəbhə iflasa uğradı.Mənə qarşı mənəvi terrora start verildi.Hücumlara, təhdid və təqirlərə məruz qaldım.Dəfələrlə istintaqa cəlb olundum.Qorxu və həyəcan içərisində yaşadım.Vətənimdə işləmək, çörək pulu qazanmaq yasaq olundu.
Məmməd Arazı, Xəlil Rza Ulutürk, Həsənağa Turabov, Leyla Bədrbəyli, Budaq Budaqov, Güllü Əbilova, Lütviyar İmanov, Zeynəb Xanlarova, Əliyar Səfərli, Amaliya Pənahova və başqa görkəmli ziyalıların Prezidentə qəzetin fəaliyyəti və mənə edilən qanunsuz hərəkətlər barədə dövlət başçısına etdikləri rəsmi müraciət isə Prezidentin İzra Aparatında zibil yeşiyinə atıldı.


Əziz oxucular, təbii olaraq sizdə sual doğa bilər ki, nədən Heydər Əliyev kimi böyük idarəçilik məktəbi keçmiş dövlət rəhbərimiz İlham Əliyevin ətrafından heç bir kəs mənə və “İlham” qəzetinə qarşı aparılmış bu şərəfsiz mübarizənin, qaydasız oyunun qabağını almağa çalışmamşdır?
Mən bu alçaq, şərəfsiz siyasi texnalogiyanın bütün nüanslarına qədər dərin təhlilini aparandan sonar qəti qənaətə gəldim ki, Boz Kardinal və Əli Həsənov tərəfindən çox primiti bir üsul icad olunmuşdur:
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri olmuş R.Mehdiyev Dövlət-Cəmiyyət, Heydər-Xalq birliyinin bütün zəruri əlaqə, kommunikasiya xətlərini qıraraq bunların üzərində özəl siyasi inhisar yaratmışlar. Beləliklə, cənab R.Mehdiyev icraçıdan nəzarətçiyə çevrilərək dövlət başçısının bütün siyasi səlahiyyətlərini məkrli üsullarla öz nəfinə mənimsəmişdir.
Azərbaycan mətbuatında və geniş ictimai rəydə “əvəzedilməz”, “fenomen”, “fövqəlbəşər” Boz kardinal kultunun yaradılması, bilavasitə, ictimai-siyasi tariximizdə ən satqın, xəyanətkar fiqurlarından birincisi olaraq tanınmış Əli Həsənovun ikiüzlü ideologiyasının bəhrəsidir. Sabiq “Doğruyolçu” Əli Həsənovun həyata keçirdiyi tədbirlərin sayəsində bu gün sosial internet şəbəkələrinin 90 faizi iqtidar əleyhinə son dərəcə radikal, barışmaz müxalifət mövqeyində durmuşlar. Bunların da baş dirijoru sənsən R.Mehdiyev. Cidanı çuvalda gizlətmək çətindi. Artıq bütün Kartlar açıqdı…
Nəticə – səbəbin yekunudur. Azərbaycan mətbuatını və internet şəbəkələrini bu dərəcədə radikallaşdıran Əli Həsənov əslində keçib gəldiyi satqınlıq MƏKTƏBİNƏ yenidən həyat vəsiqəsi verməyə ümid eləyir. Agent və satqın – ştreykbreyxer Əli milli mətbuatımızın Böyük bir qvardiyasını uzun müddət aldatmaqla yanaşı cənab prezident İlham Əliyevi də ustalıqla aldatmış və anti Azərbaycan cəbhəsini formalaşdırmağa nail olmuşdur.
R.Mehdiyevin və Ə.Həsənovun göstərişləri əsasında Jurnalistlər üçün tikilən yaşayış binasını öz aralarında (bəzi istisnalar və gözdən pərdə asmaq naminə beş – on nəfər həqiqi jurlalistləri çıxmaq şərtilə) pay-püşk etmişlər. Necə deyərlər, şəxsi kisələrini ağzınacan doldurmuşlar.
R. Mehdiyev, sən sifarışli həbslər həyata keçirmisən. Zamaninda hüquq mühafizə orqanları sənin nəzarətində olub. Onlara nəzarət etmək, vətəndaşların konstitutsya hüquqlarını qorumaq əvəzinə, sənin “nazın”la oynayıblar və çox “oyunlar” törədiblər. Neçə-neçə ailələrin gözlərini yaşlı qoymusan, Ramiz Mehdiyev!Neçə-neçə kişilərin mülklərini əllərindən almısan. Hamısı da bəllidir. Amma bu dəfə “TOY” tutmağın alınmadı.Sənin öz toyunu tutdular..! Onun da səsi bütün dünyaya yayildi.
Cəvahirləl Nehrunun gözəl bir fikri var. O, deyir ki, əgər xalqın içində bir Baş yuxarıdısa onu vurmaq yox, xalqi o Başın səviyəsinə qaldırmaq lazımdir.
Cənab Mehdiyev, Xalqımızda olan Yuxarı başlar qoymamısan qalsın, bunu bilirsən?!Allah etdiyin günahların əvəzini versin İnşAllah!
R.Mehdiyevin və onun “dəstəsinin” hakimiyyət strukturlarında izi-tozunun qalması Azərbaycan iqtidarı üçün tarixi fəlakət olardı. Mənə belə gəlir ki. R.Mehdiyevin və onun “bandası”nın bu cür araqarışdırmalarının arxasında etdikləri saysız-hesabsız cinayətlərdən yaxa qurtarmağa atılmış addımlar hesablanmışdır. Amma Zaman mütləq öz Hökmünü verəcək. Nəhayət ki, Xalq öz qapağını Şər küpəsinin ağzına qoya biləcək. Mən buna əminəm!
Ölkəmizdə müstəqillik atributları möhkəmləndikcə cəmiyyətdə ziddiyyətlər və toqquşmalar təbii forma alır. Dövlət öz funksiyaları daxilində formalaşır və yeni tarixi mərhələsinə qədəm qoyur. Lakin uzun muddət dövlətin yuxarı “post”larında işləməsindən asılı olmayaraq harınlıq və məsuliyyətsizlikdən dövlətçilik prinsiplərini qəbul etməyi bacarmayanlar isə cəmiyyətin sosial axınına əngəl törətmək və əhali arasında yerlibazlıq və qisasçılıq toxumu səpərək çaşqınlıq yaratmaq və xalqdan oğurladıqları milyardların xumarına dalmaq istəyirlər. Daha döğrusu itmiş nüfuzlarını qaytarmaq və millətin dərisini soymaq, qanını zəli kimi yenidən sormaq arzusundadılar.Həyasızlığın dərəcəsinə bir baxın. Köhnə vərdişlərindən əl çəkmək, iştahalarını saxlamaq, mənəmlik və harın yaşam tərzinə, sifarişli həbslərinə “dur!” demək əvəzinə bilərəkdən donkixotluq edirlər.
Bu cür mövqedə duranlar xalqımızın birliyini dağıtmaq, onu müasir mürəkkəb tarixi şəraitdə mənəvi-əxlaqi cəhətdən tərkisilah etmək, xırda əyalətçilik duyğularından nəhəng millətdaxili düşmənçilik yaratmaq məqsədi daşıyırlar. Belə bir məqsəddə olan 82 yaşlı Ramiz Mehdiyev qocalığın verdiyi imkanları çərçivəsində getmiş boş qatarını geriyə qaytarmağı və yeni təfəkkürlü, korrupsiyalı köhnə tərkiblə öz sərnişinlərini “mənzil başına” aparmağı düşünür. Bu isə ağıla və məntiqə sığmayan bir utopiyadır. Tarixi paradoksdur. Fantasmaqoriyadır!
Qarabağ faciəsini törədən və ona rəvac verənlərin dəyirmanına su tökməkdənsə, ziyalılarımızın uzun müddət arasına ədavət salaraq mal-mülkünə sahib çıxmaqdansa, başını aşağı dikib, on milyon xalqda sənə olan antipatiyanı görüb dalda bir guşəyə çəkilib özünə hesabat vermək daha doğru olardı, R.Mehdiyev! Trollarınla ara vurmaqdansa Xalq, Vətən, Torpaq, namusu çəkmək məslhətdir, Qoca!
Allah rəhmət eləsin M.Ə.Sabirimizə, gözəl deyib:
Olur aləmdə şəxsin himməti
miqdari-fikrincə,
Hə himmət gözlənər ondan ki,
əfkarı qəbahətdir!
Kürəkənini, qohum-əqrabasını, dostlarını, nəhayət küllü miqdarda aldığı rüşvətlə Milli Məclisə xalqın mandatını satan adam gərək abir-həya eləsin, danışmasın. Günahlarının bağışlanması xatirinə südünü əmdiyi millətin dini ocaqlarına üz tutub Tanriya dualar oxusun.
Yoxsa ki, yuxularında gördüyü Prezident adına həsəd apara-apara onun cazibə dairəsində havalanaraq – son ümidi boşa çıxanda isə Elmlər Akademiyasının Prezidenti postunu məngirləyib müqəddəs sayılan elm məbədini təhqir etməyəsən… Ömrünün son baharında gedib sakit bir guşədə heç vaxt əlinə almadığın bir kitab götürüb vərəqləyəsən. Səbrin, iradən, savadın çatsa əgər, ömründə bircə dəfə də olsa o kitabı axıra qədər oxuyub üzünü uca Göylərə tutub deyəsən:
– Axır ki, ömrümdə bir kitabı axıracan mən də oxudum. Kərəminə şükür İlahi!
Elə bilirsən ki, zəncirli keçmişinin yaratığı vahimə və xof səni yenidən Ağ atın belinə mindirəcək və yenidən bizi öz əlimizlə vurmaqda davam edəcəksənn?! Artıq gecdir,Qoca! Şeyx Nəsrullahlıq elə buracan imiş.İsgəndərlər artıq ayıqdır, get, get, get…ağıllı ol!
Bu gün neçə-neçə şər və yalanlar qarğı atların belinə minib covlan etmək arzusu çoxlarının gözündə qalıb. Görünür sənin kimilərin “cıdırına” Azərbaycandan kənarda nə qədər ki, tamaşa eləyənlərin, əl çalanların var, hamısı İblisin son fəryadını gözləyirlər…
Necə deyərlər:
Hə оlsun qоlunuz, qаnаdınız vаr,
Iblis nəsli kimi bir аdınız vаr.
Еl bilir ахırdа fəryаdınız vаr,
Sаmаnlıq Günəşdən оd аlаn kimi.

Əmir Pəhləvan

PS. İndi mənə irad tutanlar tapılar ki, yıxılana balta vurmazlar.Amma mənim “Baltam” 1996-ci ildən işləyir. Bunu dövrü mətbuatda bugünəcən onun haqqında çap olunan onlarla məqaləm sübut edir.