“Qardian”: “Səudiyyə Ərəbistanı yanacaq istehsal edəcək dərəcədə uran ehtiyatına malikdir”

114

Hurriyyet.org xəbər verir ki, çinli geoloqlar tərəfindən hazırlanan bir hesabatda Səudiyyə Ərəbistanının nüvə yanacağı istehsalında istifadə edilə biləcək səviyyədə uran ehtiyatına malik ola biləcəyi bildirilir.

İngiltərənin “Qardian” qəzeti ölkədə rəhbərliyinin tələbi ilə hazırlanan gizli hesabatı əldə edib. Çinli alimlərin hesanatına görə, ilkin araşdırmalar nəticəsində Səudiyyə Ərəbistanının orta və şimal-qərb hissələrindəki ehtiyatlardan 90 min ton uran istehsal edilə bilər.