Qardaşı sabiq icra başçısı ilə görüşdən danışdı: “İkisi də salamatdır” – VİDEO

    12

    Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Saleh Rüstəmovun səhhəti yaxşıdır.

    Hurriyyet.org xəbər verir ki, bu barədə musavat.com-a onun qardaşı Valeh Rüstəmov açıqlama verib.

    Valeh Rüstəmov qardaşı ilə görüşdən sonra bildirib ki, hazırda onun heç bir problemi yoxdur: "Qardaşımla da, digər qardaşımın oğlu ilə də görüşdüm. İkisi də sağlamdır. Heç bir narazılıqları yox idi. Mən onların bədənlərinə də baxdım. Heç bir xəsarət izi yoxdur".