Qarabağla bağlı Rusiyadan SENSASİYALI AÇIQLAMA: Azərbaycan tezliklə…

    9

    “Tezliklə, Qarabağ Azərbaycana deyəcək, “salam”.

    Hurriyyet.org xəbər verir ki, bu barədə rusiyalı jurnalist Aleksandr Qrişin deyib.

    Qrişin qeyd edir ki, Ermənistandakı hadisələr Ukrayna ssenarisi üzrə davam edir: “Aksiyada Ukraynadakı tanış şüarlar artıq eşidilir. Əgər hər şey bu ssenari üzrə davam edəcəksə, o zaman, Azərbaycan tezliklə Dağlıq Qarabağı qaytaracaq”.

    Qeyd edək ki, Ermənistanda etirazçıların lideri Nikol Paşinyanın “məxməri inqilab” adlandırdığı proseslər başlayandan sonra tez-tez Dağlıq Qarabağın erməni hərbi birləşmələrindən təmizlənəcəyinə dair fikirlər səslənir.

    Rusiyalı jurnalist Roman Jilinin “Ermənistandakı inqilab Qarabağın Azərbaycana qaytarılmasına hazırlıqdır” sözləri bu kontekstdə xüsusi diqqət çəkir./publika.az/