“Qarabağ”la oyundan sonra qol buraxmamışıq”

18

“Rəqibin demək olar ki, heç bir qol epizodu olmadı. Komandanın oyunundan razıyam. Amma avrokuboklarla yanaşı, Primeronu da düşünməliyik”. Bu fikirləri “Vilyarreal”ın baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasının I qrupunun 3-cü turunda evdə İsrail “Makkabi” (Təl-Əviv) klubunu 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis komandasının inkşaf etdiyini bildirib: “Gənc və təcrübəli futbolçuların meydanda bir-birini yaxşı başa düşməsi bizim üçün vacibdir. Onlar yaxşı balans yarada bildilər. İnkişaf etməyə davam edirik. “Sivasspor” və “Qarabağ”la oyunlardan başqa, digər matçlarda qol buraxmamışıq”.

Qeyd edək ki, 3 oyundan maksimum xal toplayan “Vilyarreal” I qrupunun lideridir.