“Qarabağ”la görüşdəki qələbə işin gözəl tərəfi olacaq”

162

“Bu liqadakı ən yaxşı oyunumuzdur. Qələbə Avropa Liqasının qrup mərhələsində İspaniya “Vilyarreal”ı ilə görüşdəki 1:1 hesablı heç-heçədən daha vacib idi. Ölkə çempionatında belə güclü oyuna ehtiyacımız var idi”.

Qol.az xəbər verir ki, bu sözləri “Makkabi”nin (Təl-Əviv) futbolçusu Yonaten Kohen İsrail çempionatının 8-ci turunda Kfar-Saba “Hapoel”ini 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra “One” nəşrinə açıqlamasında deyib.

24 yaşlı hücumçu Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə “Qarabağ”a qarşı keçirəcəkləri görüş barədə də fikirlərini bildirib: “Cümə axşamı bizim əsas oyunumuz olacaq. Qələbə sayəsində xalımızı 10-a çatdıracağıq və bəlkə də növbəti mərhələyə yüksələcəyik. Bu, bir çox oyunçumuz üçün böyük an ola bilər. “Qarabağ”la görüşdəki qələbə işin gözəl tərəfi olacaq”.

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.