“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibi bəlli oldu

    6

    Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.

    Hurriyyet.org xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Dandalk” (İrlandiya) səddini keçsə, APOEL (Nikosiya, Kipr) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.

    “Qarabağ” “Dandalk”la ilk oyununu səfərdə, iyulun 24-də keçirəcək. Komandalar arasındakı cavab matçı isə avqustun 31-də olacaq.

    UEFA Çempionlar Liqası
    3-cü təsnifat mərhələsi

    APOEL (Nikosiya, Kipr)/Sutyeska – Dandalk (İrlandiya)/Qarabağ (Azərbaycan) cütünün qalibi

    Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin oyunları avqustun 6-7-də və 13-14-də baş tutacaq.