Qarabağ”ın rəqibi yeni oyunçu transfer etdi

48

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Vilyarreal” heyətini yeni futbolçu ilə gücləndirib. Qol.az xəbər verir ki,  İspaniya təmsilçisi “Tottenhem”dən Xuan Foytu icarəyə götürüb. 22 yaşlı müdafiəçi mövsümün sonunadək La Liqa klubunda çıxış edəcək.

Qeyd edək ki “Vilyarreal” Avropa Liqasının İ qrupunda “Qarabağ”, “Makkabi” (Təl-Əviv, İsrail) və “Sivasspor” (Türkiyə) ilə mübarizə aparacaq.