İngilis jurnalist erməniləri qətliamda ittiham edir

    3

    “Qarabağın qara dağlarının başında yenə də həmin köhnə düşmənlər gurultu qoparanda riyakarlığın yardımçısı abırsızlıq olur: Rusiya qüdrəti, türk ekspansionizmi və erməni millətçiliyi” – yazır Fisk. Məqalədə deyilir ki, “burada Türkiyə prezidenti Recep Tayyip Erdoğanın özünü Mustafa Kemal Atatürk, yoxsa Birinci Dünya Müharibəsindən sonrakı pantürkizmin divanə hakimlərinə bənzətdiyi bilinmir”. Müxbir yazır ki, “bu əcaib ssenaridə Vladimir Putinin özünü ermənilərlə müttəfiq çara, yoxsa ermənilər və azərbaynlıların arasında bölücülük etmiş bolşeviklərə bənzətdiyi də bəlli deyil”. “Müəyyən mənada Putin burada “müdaxilə edən Putin” rolunu oynayır. O Gürcüstana müdaxilə edən, Ukraynaya müdaxilə edən və Suriyaya müdaxilə edən rollarını oynayıb. İndi isə o, Qarabağa və ya Azərbaycana müdaxilə edəndir” – yazır Fisk(BBC Azərbaycanca)