“Qarabağ”ın növbəti matçına hakim təyinatları açıqlanıb

72

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki matçına hakim təyinatları açıqlanıb. 

“Report”un məlumatına görə, qarşılaşmanın baş hakimi qazaxıstanlı Furkat Atajanov olacaq.

Ona yan xətt hakimləri Sergey Kalaçyov və Darhan Tulegenov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Qrigori Moskovçenko yerinə yetirəcək.

Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində bu gün keçiriləcək “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) cütünün qalibi ilə üz-üzə gələcək.

Qarşılaşma avqustun 26-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.