“Qarabağ”ın futbolçusu CƏZALI DURUMA DÜŞDÜ

78

“Qarabağ”ın futbolçusu Filip Ozobiç cəzalı duruma düşüb.

Yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin III turunda Türkiyədə “Sivasspor”la görüşdə sarı vərəqə alıb.

Bu xorvatiyalı oyunçunun qrup mərhələsində üçüncü vərəqəsi olub. Qaydalara əsasən, Ozobiç IV turda “Sivasspor”la ev matçını buraxmalı olacaq.

Qeyd edək ki, hazırda qarşılaşmada ikinci hissə oynanılır və “Qarabağ” 0:1 hesabı ilə geridədir.\\Report