“Qarabağı təhvil verən xain…” – Generaldan Paşinyana qarşı sərt ittiham

306

Bu gün həbs edilən Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi, general Artir Vanetsyan ölkədə baş verənlərlə bağlı açıqlama verib.

General Ermənistan Baş naziri Nikol Paşinyanı xəyanətdə ittiham edib.

“Qarabağı Azərbaycana təhvil verən xain Nikol bu biabırçı sənədə qarşı mübarizə aparan bir sıra müxalifət liderlərini həbs etdirdi. Sizi əmin edirəm ki, bu xain həbslərlə səsimizi boğa bilməyəcək, xain getməlidir”, – Vanetsyan qeyd edib.

O, Ermənistan cəmiyyətinə müraciət edərək, küçələrə çıxmağa, Paşinyana qarşı açıq mübarizə aparmağa çağırıb.

Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi, general Artur Vanetsyan “kütləvi iğtişaşlar təşkil etmək” və “dövlət sirrini ehtiva edən sənədlərlə və ya kompüterlə işləmə qaydalarını pozmaq” ittihamı ilə həbs olunub. \\Pravda