Qarabağdan it kimi qovulan ermənilərin qoyub qaçdıqları tanklar – FOTOLAR

150

Düşmənin daha bir neçə ağır texnikası qənimət olaraq ordumuz tərəfindən ələ keçirilib. Onların hamısı saz vəziyyətdədir.

“Yeni Müsavat” qəzetinin Füzuliyə ezam olunmuş əməkdaşları da həmin texnikaları kameranın yaddaşına köçürə biliblər.

Ermənilərin döyüş bölgəsində qoyaraq qaçdığı texnikalar tam yararlı vəziyyətdədir və Azərbaycan Ordusu tərəfindən qənimət kimi götürülüb.

Son olaraq döyüş bölgəsinzən saz vəziyyətdə olan 3 tank  gətirilib. Qənimət kimi ələ keçirilən texnikalar arasında “URAL” və “UAZ” markalı minik avtomobilləri də çoxluq təşkil edir. Həmçinin digər silah-sursat və döyüş texnikaları da əsgərlərimiz tərəfindən düşmən mövqelərindən çıxarılıb.

Bəlkə də oxucularımız üçün sual yarana bilər ki, niyə düşmən döyüş bölgəsindən texnika, minik avtomobili ilə qaçmır?

Bunun çox sadə səbəbi var. Ordumuz sentyabrın 27-dən etibarən, hava zərbələri ilə düşmənin yüzlərlə ağır texnikasını, döyüş məntəqələrini, canlı qüvvələrini məhv edib. Döyüş bölgəsində ordumuzun gözündən qaçan heç bir texnika qalmayıb. Ermənilər də piyada qaçmağın daha təhlükəsiz olduğunu, belə halda sağ qalmaq imkanlarının daha çox olduğunu bilirlər. Bu səbəbdən də texnikanı qoyub, canlarını götürərək, qaçırlar.

Qeyd edək ki, sentyabrın 27-dən başlayan Vətən müharibəsi ilk gündə olduğu kimi qətiyyətlə davam edir. Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev son çıxışında da vurğuladı ki, savaş torpaqlarımızın işğaldan tam azad olunmasına qədər davam edəcək. Qətiyyətlə qeyd etdi ki, ermənilərin heç bir şərti qəbul edilmir və Azərbaycan əsgəri düşməni Qarabağdan iti qovan kimi qovur!

Reportyor Məhəmməd Türkiyənin çəkdiyi fotoları təqdim edirik.

İlkin Muradov
Füzuli