“Qarabağ”dan ikinci qol – Yenilənir+Video

102

Bu gün son Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayıb.

Ağdam təmsilçisi ÇL-in I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu qəbul edir.

Qeyd edək ki, UEFA-nın qərarına əsasən təsnifat mərhələləri bir oyundan ibarətdir.

Çempionlar Liqasının I təsnifat mərhələsi

18 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Sileks” (Şimali Makedoniya) – 3:0 (İkinci hissə)

Qol: Xayme Romero, 11, Donald Gerye, 40, 51

Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)
Hakim-inspektor: Atilla Abraham (Macarıstan)
UEFA nümayəndəsi: Vitali Danilçenko (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 8. Uroş Matiç, 9. Xayme Romero, 11. Mahir Emreli, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 77. Donald Gerye, 81. Kevin Medina.

Ehtiyat oyunçular: 12. Emil Balayev, 21. Rauf Hüseynli, 27. Ovusu Kvabena, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 71. Toral Bayramov, 99. Ruslan Hacıyev.
Baş məşqçi: Qurban Qurbanov.

Sileks: 1. Daniel Bojinovski, 5. Srdan Draşkoviç, 6. Hristiyan Qrozdanoski, 7. İvan İvanovski, 14. Pepi Georgiyev, 16. Viktor Serafimovski, 17. Burhan Mustafov, 20. Denis Ristov, 22. Angelçe Timovski, 26. Daniel Karçeski, 27. Deyan Tanturovski.
Ehtiyat oyunçular: 25. Qoran Traykovski, 8. Boyan Şpirkoski, 9. Stefan Duriç, 10. Miloş Jeraviça, 11. Kristiyan Kostovski, 23. Filip Kostovski, 28. Andrey Kirovski.
Məşqçi: Draqan İvanov.

***

Oyun başladı.

***

11-ci dəqiqədə “Qarabağ” hesabı açır. Xayme Romero fərqlənir.

***

40-cı dəqiqədə Donald Gerye “Qarabağ”ın ikinci qolunu vurur.

***

İlk hissə başa çatdı.

***

İkinci hissə başladı.

***

51-ci dəqiqədə Donald Gerye özünün ikinci, “Qarabağ”ın 3-cü qolunu vurur. \\Qafqazinfo