Qarabağdakı erməni əsgərlər buna məcbur edilir – İnanılmaz FAKTLAR AÇILDI

    18

    Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən erməni hərbi birləşmələrinin əsgərləri “Hayastan” fondunun Los-Ancelsdə keçirdiyi ianə toplama marafonuna pul köçürməyə məcbur edilib.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, “Hayastan” fondu “gəlin bunu birlikdə edək” devizi altında 11 milyon 109 min 633 dollar ianə toplaya bilib.

    Fond Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində layihələr həyata keçirməyə davam edəcəyini açıqlayıb.

    Lakin erməni jurnalist Kristina Aqalaryanın araşdırmasına görə, Qarabağdakı erməni hərbi hissələrində xidmət edən əsgər və zabitlər fona pul köçürməyə məcbur edilib.

    Zabitlər 5000 dram, çavuşlar 3000 dram, müddətdən artıq hərbi qulluqçular 1000 dram, sıravi əsgərlər isə 100 dram pul köçürüb.

    “Araşdırmalarımıza görə, bu əmrə əməl etməyən hərbiçilər hərbi hissədə süni problemlərlə rastlaşırlar. Hərbiçilər danışır ki, hər il keçirilən marafona onlardan pul toplanır. Bu tapşırıq Müdafiə Nazirliyinin tapşırığına əsasən aparılır”, – deyə o qeyd edib.

    Jurnalist müəyyən edib ki, Ermənistandakı hərbi hissələrdə fonda köçürmək üçün pul toplanmır: “Bu proses yalnız Qarabağdakı hərbi hissələrdə olur”.