Qarabağda erməni əsgər yaralandı

    6

    İşğal altında olan Qarabağda daha bir erməni əsgəri yaralanıb.

    Hurriyyet.org Ordu.az-a istinadən xəbər verir ki, dünən saat 23:30 radələrində Qarabağın şimal istiqamətində yerləşən qanunsuz hərbi hissələrin birinin saxlanma məntəqəsində təxribata cəhd edən 1998-ci il təvəllüdlü əsgər Gevorq Andranik Xaçaturyan güllə yarası alıb.

    Düşmən tərəfi məlumatı təsdiqləyib. Faktla bağlı araşdırma aparılır.