Qarabağda erməni əsgər özünü güllələdi

    18

    Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ torpaqlarında Ermənistan ordusunun 20 yaşlı əsgəri yaralanıb.

    Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında təmas xəttinin cənub-şərq istiqamətində (Füzuli rayonu) Azərbaycan ordusu ilə üzbəüz mövqelərdə baş verib. Nver Armanoviç Avetisyan (2000-ci il) güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

    Ağır vəziyyətdə hərbi hospitala aparılan əsgərin intihara cəhd etdiyi ehtimal olunur.

    Faktla bağlı araşdırma aparılır.