Qarabağda sülhməramlılara Muradov başçılıq edəcək – DOSYE

369

Dağlıq Qarabağ və Laçın dəhlizi bölgəsində müşahidə aparacaq sülhməramlı missiyaya Rusiya Ordusunun general-leytenantı Rüstəm Muradov başçılıq edəcək.

 

Modern.az xəbər verir ki, 1973-cü ildə Dağıstan Respublikasının Dərbənd rayonunda, Çinar kəndində anadan olub.

Milliyətcə tabasaran olan Rüstəm Muradov Kazan Suvorov hərbi məktəbinin məzunudur. O 1990-cı ildən ordu sıralarında olub. 1995-ci ildə Leninqrad ümumqoşun komandirləri məktəbini, 2015-ci ildə isə Rusiya Baş Qərargahının Akademiyasını bitirib.

 

Rüstəm Muradov 2015-2017-ci illərdə Rusiyanın 41-ci ordusunun qərargah rəisi, Ukraynanın Donbas regionunda atəşkəsə nəzarət edən koordinasiya mərkəzinin üzvü olub.

2017-ci ildə Suriyada hərbi məsləhətçi, 2018-ci ildən Rusiya Cənub Hərbi Dairəsinin komandan müavini olub.

Onun ailəli olduğu, 2 qız və 2 övlad atası olması məlumdur.