Qarabağda erməni hərbçiləri daşıyan avtomobil aşdı: ölən və yaralananlar var

36

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində baş verən yol qəzası nəticəsində Ermənistan hərbçisi ölüb.

Məlumatı “Sputnik Armeniya” yayıb.

Hadisə iyunun 3-də günorta saatlarında baş verib. Hadisə hərbçiləri daşıyan “Ural” markalı avtomobilin aşması nəticəsində baş verib. Nəticədə 2001-ci il təvəllüdlü Sarkis Qulyan ölüb, 4 əsgər yaralanıb. Yaralı hərbçilər Xankəndidəki hospitala yerləşdirilib.

Hadisənin səbəbi araşdırlır. /report/