Qarabağa qanunsuz gələn alman deputat koronavirusa yoluxdu

45

Almaniya üçün Alternativ Partiyasından olan deputat Andreas Qalau koronavirusa yoluxub.

Axar.az xəbər verir ki, bu məlumatı RBB televiziyası yayıb. Məlumata görə, Qalau Qarabağa səfərdən sonra koronavirusa yoluxub.

Qeyd edək ki, Qalau 21 oktyabrda Qarabağa Azərbaycandan iznsiz səfər etmişdi. Onunla bərabər daha 3 deputat Qarabağa gəlmişdi.