“Qarabağ” Suriya futbol yığması ilə yoxlama oyunu keçirəcək

    12

    Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” sabah növbəti yoxlama görüşündə qüvvəsini sınayacaq.

    Hurriyyet.org-un klubun "feysbuk" səhifəsinə istinadən məlumatına görə, Ağdam təmsilçisi Suriya millisi ilə qarşılaşacaq.

    Görüşün başlama saatı da artıq müəyyənləşib. Belə ki, oyunun start fiti Bakı vaxtı ilə 20:30-da səslənəcək.

    Qeyd edək ki, “Qarabağ” Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk iki yoxlama matçında “Ludoqorets” (Bolqarıstan – 1:1) və “Vakker İnsbruk”la (Avstriya – 0:0) heç-heçə edib.