“Qarabağ” son ev oyununda məğlub olur: 1:6 – YENİLƏNİR

    18

    "Qarabağ"ın qapısına 81-ci dəqiqədə daha bir qol vuruldu: 1:6

    23:30

    “Sportinq”in oyunçusu Bruno Fernandes 75-ci dəqiqədə "Qarabağ"ın qapısına 5-ci qolu vurur.

    23:23

    Oyunun 65-ci dəqiqəsində Abdulay Diabi dəqiq zərbə ilə komandasının üstünlüyünü 3 topa çatdırıb: 1:4

    23:18

    Oyunun 33-cü dəqiqəsində “Qarabağ” qapısında daha bir qol gördü. Luis Nani “Qarabağ”ın 5 oyunçusunun əhatəsindən topu qapıya göndərib: 1:3

    22:17

    “Qarabağ” qapısında daha bir qol gördü. Oyunun 20-ci dəqiqəsində uzaqdan qapıya vurulan topu "Qarabağ"ın qapıçısı dəf edə bilməyib. 1:2

    22:12

    “Qarabağ” “Sportinq” oyununda daha bir qol vurulub. Oyunun 14-cü dəqiqəsində “Qarabağ” bərabərlik qolunu vurub. Abdulla Zubirin gözəl zərbəsindən sonra rəqib meydanın mərkəzinə dəvət olunub.

    22:03

    UEFA Avropa Liqasında 5-ci turu çərçivəsində Portuqaliya “Sportinq”ini qəbul edən “Qarabağ” qapısında erkən qol görüb. Son ev oyununun 5-ci dəqiqəsində “Qarabağ”ın qapısına penalti təyin edilib. Yakub Jerzniçak cərimə meydançasında rəqibə qarşı kobud oynayıb.

    “Sportinq”in oyunçusu Bas Dost penaltini dəqiq yerinə yetirərək komandasını hesabda irəli çıxarı: 0:1\\ Modern.az