“Qarabağ” İrlandiya klubuna qarşı

    21

    Bu gün futbol üzrə Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

    Hurriyyet.org xəbər verir ki, Ağdam təmsilçisi 2-ci təsnifat mərhələsi çərçivəsində İrlandiyada yerli “Dandalk”la ilk matçını keçirəcək. “Oriel Park” stadionunda baş tutacaq görüşə Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

    Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 1-ci təsnifat mərhələsində Albaniya çempionu “Partizani”ni mübarizədən kənarlaşdırıb (Tiranada 0:0, Bakıda 2:0). Avrokuboklarda Azərbaycan təmsilçisi ilə qarşılaşan ilk İrlandiya klubu kimi tarixə düşən “Dandalk” isə əvvəlki mərhələdə Latviya “Riqa”sını penaltilər seriyasında üstələyib – 5:4.

    Bu komandalar arasında cavab qarşılaşması iyulun 31-də Bakıdakı “Dalğa Arena”da keçiriləcək.

    UEFA Çempionlar Liqası
    2-ci təsnifat mərhələsinin ilk oyunu

    24 iyul

    22:45. Dandalk – Qarabağ
    Hakimlər: Bartoş Frankovski, Marçin Bonyek və Yakub Vinkler, Daniel Stefanski (hamısı Polşa).
    Dandalk. “Oriel Park” stadionu.