Qarabağ atları üzərində atçılıq şousu Britaniya kraliçasını valeh edib – VİDEO

    24

    Qarabağ atları üzərində atçılıq şousu Böyük Britaniya kraliçasını valeh edib.

    Hurriyyet.org-un məlumatına görə, mayın 10-13 tarixlərində britaniya kraliçasi ii elizabetin doğum günü ərəfəsində təşkil olunan "Royal Windsor Horse Show”adli tədbirdə xalqimizin mədəni sərvəti olan Qarabağ atları üzərində hazırlanmış "Od­lar yurdu – Azərbaycan" adlı möh­təşəm şou proqram böyük rəğbətlə qar­şılanıb. 84 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti tərəfindən hazır­lanmış möhtəşəm bədii kompozisiya tədbir izləyicilərinin diqqət mərkə­zində olub. Bu il 75 illik yubileyini qeyd edən "Royal Windsor Horse Show” atçılıq tədbirində Azərbaycan nümayəndə heyətinin 2012-ci ildən işti­rak etməsi nəticəsində tamaşaçılar vətənimizin mərdlik, igidlik, şücaət simvollarindan olan Qara­bağ atına valeh olub. Təsadüfi deyil ki, 1956-ci ildə II Elizabetə hədiyyə olunan ilk Qara­bağ atı – "Zaman" Böyük Bri­taniyada Azər­baycanın qədim atçılıq mədəniyyətini ilk dəfə tanıdıb. "Land of Fire – Azerbaijan” adlı bədii kom­pozisiyada Azərbaycan Respublikasının əməkdar artisti Natiq Şirinovun rəhbərliyi ilə "Natiq" ritm qrupunun ecazkar musiqi müşa­yiətinin sədaları altında məşqçi Azər Həmzəyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətinin 20 süvarisi Qarabağ atlarının belində inanılmaz və möhtəşəm atçılıq məharəti nümayiş etdiriblər.

    Azərbaycan nümayəndə heyəti Böyük Britaniya taxt-tacının sahibi, kraliça II Elizabetə Qarabağ atının tuncdan hazırlanmış heykəlini hədiyyə edib. \\Xezerxeber.az

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: