Qarabağ zəfərini kimlər həzm edə bilmir — “5-ci kolon” yenə iş başında

390

Azərbaycan prezidenti Qarabağ əməliyyatına başlamamışdan əvvəl dövlətin üst səviyyələrindən dərinliklərə qədər nüfuz etmiş “5-ci kolon”u təmizləmə əməliyyatını apardı. Qarabağ əməliyyatının uğurla nəticələnməsi üçün bu vacib amil idi. Artıq qələbənin bir addımlığındayıq, amma fəaliyyətin daha gizli fazasına keçən şəbəkə keçilməz qala kimi birləşən xalq iradəsinin qarşısında ehtirasları alovlandırıb, açıq şəkildə anti-dövlət fəaliyyəti apara bilmir. Bu səbəbdən səsləri cılızlaşıb, amma hələ tam ölməyib.

İki gün əvvəl Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müəllifsiz müsahibəsində yenə də hansı müəllif tərəfindən verildiyi bilinməyən  –“Etiraf edək ki, “bağlı qapılar arxasında əldə olunmuş razılaşmalardan artığını etməyəcəyik” kimi fikirlər də dolaşmaqdadır” sualına cavab verən tərəf nədənsə bu tərzdə cavab verir: “Bu tipli razılaşmanın olmasına inanmıram. Əgər belə bir razılaşma varsa, ona ciddi əməl edilməli, yaxud vəziyyətin dəyişməsi səbəbi ilə  yenidən müzakirə olunmalıdır”. Amma cavabın ikinci hissəsini də dilə gətirmək, yəni şübhə toxumları ortaya atmaqdan özünü saxlaya bilmir. Bəlkə də şübhənin məhz onun dili ilə ifadə olunması ona verilmiş missiyadan irəli gəlir. Hazırkı və bundan sonrakı dövrdə də bu tipli şübhə və provokativ söyləmlərin dövriyyəyə buraxılması dövlətə qarşı və birbaşa prezident İlham Əliyevə qarşı “5-ci kolon”un indiyə kimi tətbiq etdiyi “dövlət və xalq arasında, prezident və xalq arasında uçurumun yaradılması” strategiyasının tərkib hissəsidir. Əminəm ki, müharibə bitdikdən sonra dövlət başçısı və DTX mütləq “5-ci kolon”-un – xain şəbəkənin həm dövlət, həm siyasi-ictimai təşkilatlar, həmçinin müxalifət içində maskalanmış üzvlərinin ifşa edilməsi üzrə də əməliyyat aparmalıdır. Bu əməliyyat heç də Qarabağ əməliyyatından daha əhəmiyyətsiz deyil, əksinə dövlət olaraq əldə olunan uğurların qorunub-saxlanılması üçün həddən çox zəruridir. Xaqın, ictimaiyyətin içinə atılan siyasi şayiələrə isə cavabı hələlik biz veririk, əminik ki, dövlətdən də bunun cavabı layiq olduğu kimi gələcək. Haqqında danışdığımız məsələ ilə bağlı tanınmış politoloq Məhəmmdə Əsədullazadənin fikirlərini öyrəndik. Politoloq fikirlərini belə ifadə etdi:

“Mən Azərbaycanın Qarabağda hərbi əməliyyat aparması hər hansı bir ölkə ilə bağlı qapılar arxasında, xüsusil ilə Rusiya ilə razılaşdırılmasını istisna edirəm. Çünki Rusiya uzun müddət Azərbaycanın hərbi müstəviyə əl atmasınım qarşısını alıb və münaqişənin həllində maraqlı olmayıb. Sadəcə olaraq regionda şərtlər dəyişib. Türkiyənin Yaxın Şərqdə, Aralqı dənizi periferiyasında mövqeyi güclənib. Bunun nəticəsində Rusiya Türkiyə ilə bir çox məsələlərdə ortaq anlaşma əldə edib və Türkiyənin mövqeyi ilə istər – istəməz barışmalı olur. Türkiyənin Cənubi Qafqazda nüfuzu bu istiqamətdə geostrateji siyasətini həyata keçirməsi Moskvanı narahat edib. Amma indiki vəziyyətdə Rusiya artıq Türkiyənin bu mövqeyi ilə barışıb. Sual oluna bilər nəyə görə? Çünki Türkiyə Cənubi Qafqaz regionuna qonşudur və burada baş verənlər birbaşa Türkiyəyə təsir edir. Həmçinin buradakı dövlətlərin sərhədləri məhz Türkiyənin imzası ilə formalaşıb. Uzun illər Rusiya çalışıb ki, Türkiyəni bu istiqamətdə neytral saxlasın. Artıq geosiyasi nizamın dəyişməsi Moskvanın bu səslərinin üzərindən xətt çəkib. Hesab edirəm ki, Tovuz hadisələrindən sonra Azərbaycanla Türkiyə arasında ortaq çalışmaların olması, siyasi məsləhətləşmələr və regionda dəyişən geosiyasi şərtlər, Azərbaycanın Ermənistanın hərbi təcavüzünə qarşı cavab olaraq əks-hücum əməliyyatını başlatması birbaşa Baş Hərbi Komandan İlham Əliyevin siyasətinin tərkib hissəsidir. Moskva ilə “bağlı qapılar arxasında hər hansı razılaşma” məsələsinin dövriyyəyə buraxılması Rusiyaya bağlı olan “5-ci kolon”un informasiya müstəvisinə atdığı provokativ fikirdir. Diqqətə çatdırım ki, prezident İlham Əliyev də hər hansı bir müxtariyyət söhbəti getmədiyini, əmələiyyatlar başlanandan işğal olunmuş ərazilərin hamısının azad olunmasını nəzərdə tuturdu. Fikir versək, Kəlbəcər, Ağdamıdan əvvəl Şuşa, Xankəndi istiqamətinə çıxıldı. Məhz bu faktor mesajdır ki,  Azərbaycanın ermənilərə muxtariyyət verməyəcək. Ordumuzun Xocavənd-Hadruta çıxışı onu göstərir ki, bu prezident İlham Əliyevin siyasi iradəsidir. Rusiya ilə “bağlı qapılar arsaxında hər hansı bir razılaşdırılmış” məsələ, o cümlədən də muxtariyyət məsələsi yoxdur. Başladığımız əks-həmlə əməliyyatının məqsədi Şuşaya, Xankəndinı üçrəngli bayrağımızın taxılması olub. Əlbəttə belə bir provokasiyanın məqsədi xalqımızda ruh düşkünlüyü yaratmaq, bu vətən müharibəsinin guya siyasi alver kimi təqdim etməkdir. Belə bir sövdələşmə yoxdur, bu avantürist bir yanaşmadır. Azərbaycan xalqı ordusu ilə birlikdə ərazilərini işğaldan azad edəcək. Rusiya da bununla barışacaq. Rusiyanın ciddi təzyiq rıçağı bumeranq kimi əks-həmlə verə bilər. Ona görə də Rusiya öz çıxarlarını gözləməyə məcburdur. Amma biz görürük ki, Rusiya Ermənistanı silahlandırır. Türkiyə faktoru Moskvanın açıq müdaxiləsinin qarşısını alır”.

Ülviyyə Şükürova