“Qarabağ” – “Sivasspor” matçının hakimləri açıqlandı

168

Türkiyədə “Sivasspor” və “Qarabağ” arasında keçiriləcək UEFA Avropa Liqasının IV tur matçı üçün hakim təyinatları açıqlanıb.

Qarşılaşma Danimarkadan olan hakimlər briqadasına həvalə edilib. Referi Yakob Kehletə yan xətt hakimləri Heyne Sorensen və Lars Hummelqard köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Yens Mae yerinə yetirəcək.

Qeyd edək ki, “Qarabağ” – “Sivasspor” matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.