Qarabağ qazisinə qarşı ƏƏSMN-in psioxoloji basıqısı davam edir

348

Bakı Apellyasiya Məhkəməsi də qazinin dələduzlara ödənilən pensiyasını bərpa etməyib

ƏƏSMN yetkililəri yeni “xidmət” növünü reklam etməyə başlayıb. Yaralılara, əlillərə elektron qaydada psixoloji yardım göstərilməsi “sosial həkim”lər tərəfindən təmin olunmalıdır. Əslində sözügedən “xidmət”in növbəti pulsilmə əməliyyatından özgə bir şey olmadığı göz önündədir. Virtual saxta xidmətdənsə, əlilə, yaralıya real tibbi xidmət göstərilməlidir! Nə yazıq, ƏƏSMN Səhiyyə Nazirliyinin rəyi əsasında  ehtiyacı olan şəxslərin xaricdə müalicəsini təşkil etmir ki, nazirlik heç bir ölkə ilə müqavilə bağlamayıb ! (?) Bu “xidməti” ƏƏSMN yanında DSMF-in direktor müavini Əminə Seyidzadə rəsmi məktublarla 3 ildən çoxdur “göstərir”. Belə psixoloji “tibbi travma” ilə yalnız dövlət büdcəsindən pul silmək olar. Elə 3-cü ildir ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsi Qarabağ qazisinin pensiyasını dələduzluqla başqasına ödəyib və hələ də cinayətkar yanlışlığına nəinki son qoyur, əksinə, qazinin məhkəmə yolu ilə pozulmuş hüquqlarının bərpasına da imkan vermir. ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinin sözügedən dələduzluq,  korrupsiya əməlinə, əlilin pensiyasını başqasına ödəyib mənimsəməsinə 3-cü  (!) ildir nə (ali) icra hakimiyyəti, nə qanunverici hakimiyyət,  nə məhkəmə hakimiyyəti , nə Ombudsman son qoya bilir.

Məhkəmədən söz düşmüşkən, 2 il qabaq Bakı İnzibati Məhkəməsinin hakimi Miminat Hacıbəyova əlilin pensiyasını başqasına ödəyən ƏƏSMN -ə qarşı iddiasını mümkün saymayıb ki, ƏLİL-PENSİYAÇI HÜQUQUNUN POZULMASINI SÜBUT EDƏ BİLMƏYİB  (?) Bakı Apellyasiya Məhkəməsinin də qüvvədə saxladığı bu qanunsuz qərardadı Ali Məhkəmə 2019-ci ildə ləğv edib və işi baxılması üçün aşağı instansiyaya göndərib. Bir ildən sonra  (?) işə yenidən “baxan” Miminat Hacıbəyovaya iddiaçı əlilin etirazı qəbul edilib və Bakı İnzibati Məhkəməsinin başqa hakimi Nəriman Abıyev Ali Məhkəmənin ləğv etdiyi qərardadı yenidən qəbul edib ki, CAVABDEH MƏHKƏMƏNİN SORĞUSUNA  CAVAB VERİB ki, İDDİALAÇI ƏLİL PENSİYASININ BƏRPASI ÜÇÜN MÜRACİƏT ETMƏYİB! (?) Özbaşınalığı təsəvvür edə bilirsiniz? Birincisi, cavabdehə sorğu göndərilməsi hansı qanunda nəzərdə tutulub? İkincisi, hansı qanunda cavabdehin cavabının “konstitusiya qanunu” kimi qəbul olunması yazılıb və üçüncüsü,lap tutaq ki,  vətəndaş pensiyasının bərpası üçün müraciət etməyib , bəyəm dövlət tərəfindən pensiyanı ödəməyə təhkim edilən qurum onu dələduzluqla mənimsəməlidir ? Bakı Apellyasiya Məhkəməsinin bu suallara hüquq müstəvisində cavab verəcəyi gözlənilirdi. Nə yazıq, yuxarı instansiya  (sədrlik edən Mirzə Tağızadə, hakimlər Vüsalə Baxışova və Xumar Mərdanova ) 20 oktyabr 2020 tarixli 2-(103)-1602/2020 saylı qərardadla tərəflərin iştirakını təmin etmədən aşağı instansiyanın qanunsuzluğunu qüvvədə saxlayıb və hələ də 2 aya yaxındır əlilə vəkil ayrılmasını təmin etmir ki, Ali Məhkəməyə kassasiya şikayəti versin.

Qarabağ qazilərinin, şəhid ailələrinin ƏƏSMN -in saxta , virtual psixoloji yardımına ehtiyacı yoxdur. Sadəcə, əlil -şəhid ailələrinə psixoloji travma , mənəvi zərbə vurmasınlar, yetər. Necə deyərlər, dedilər Əzrayıl bala paylayır, cavab verildi ki, balası lazım deyil, balamıza dəyməsin !

Məğrur BƏDƏLSOY