Qarabağ qazisi “YAŞAT” Fonduna rəhbər təyin edildi

213

“YAŞAT” Fonduna rəhbər təyinatı olub.

Elvin Hüseynov Fonda rəhbər təyin edilib. Elvin Hüseynov Qarabağ qazisidir.

“ASAN məktub” layihəsinin rəhbəri Rəbiyyə Cəfərova isə Fondun müdir müavini təyin olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (YAŞAT Fondu) yaradılması haqqında” fərman imzalayıb.