Qarabağ döyüşlərində 46 erməni sərhədçi MƏHV EDİLİB

183

Ermənistanın güc stukturları Qarabağ döyüşlərində verdiyi itkiləri hissə-hissə açıqlayır.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ölkənin Milli Təhlükəsizlik Xidməti döyüşlərdə 46 hərbi qulluqçusunu itirdiyini etiraf edib.

Onlar strukturun tərkibinə daxil edilmiş Səhəd Qoşunlarının hərbçiləri olub. Bundan başqa, 2 sərhədçi itkin düşüb, 191-i isə yaralanıb.