“Qarabağ” barədə düşünməyi qadağan etmişəm” – “Sileks”in baş məşqçisi

132

 

“Nə “Qarabağ”, hazırda bütün diqqətimizi cümə günü “Polister”lə keçiriləcək oyuna yönəltmişik”.

Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın Çempionlar Liqasnın 1-ci təsnifat mərhələsindəki rəqibi “Sileks”in baş məşqçisi Qoran Simov deyib.

O, yerli mətbuata açıqlamasında hazırda yaınız Şimali Makedoniya çempionatının 2-ci turunun oyununa kökləndiklərini və Ağdam klubu ilə görüş barədə fikirləşməyi futbolçularına qadağan etdiyini bildirib: “Kratovoda oynayacağıq və ilk turda “Belasitsa” üzərindəki 6:0 hesablı qələbədən sonra yalnız 3 xalı hədəfləyəcəyik. Buna görə də oyunçulara şənbə gününə qədər “Qarabağ” barədə düşünməyi qadağan etmişəm”.

Qeyd edək ki, “Qarabağ” – “Sileks” oyunu avqustun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.