Qara dəniz qan gölünə çevrilə bilər: “XƏBƏRDARLIQ ETMƏDƏN ATƏŞ AÇIN!”

    18

    Hurriyyet.org xəbər verir ki, Ukrayna parlamenti ordunun bütün pillələrində xidmət edən hərbçilərə düşməni gördüyü anda xəbərdarlıq etmədən sərbəst atəş açmağa icazə verən qanun layihəsini təsdiqləyib. Parlamentin qərarına görə, Ukrayna sərhədini pozan hər hansı bir hərbi qüvvə və ya hərbi texnika xəbərdarlıq edilmədən hədəfə alınacaq. Rusiya ilə münasibətləri gərginləşmiş Ukrayna bu qərar ilə öz sərhədini daha təhlükəsiz şəkildə qoruyacağını bəyan edib.

    Hurriyyet.org