Qara dənizdə ABŞ və Rusiya qüvvələri qarşı-qarşıya gəldilər

63

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyindən verilən açıqlamada Qara dənizin səmasında ABŞ-a məxsus B-52 qırıcısının Rusiya hərbi təyyarələri tərəfindən qarşısının kəsilməsi bildirilir.

İnsidentin Qara dəniz sahilindəki Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putin ilə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdüyü ərəfədə, saat 14.00 radələrində baş verməsi diqqəti cəlb edib.