Qara dəniz səmasında GƏRGİNLİK – Rusiya ABŞ təyyarəsini ələ keçirdi

84

Hurriyyet.org xəbər verir ki, Qara dənizin neytral sularında Rusiyanın Su-27 qırıcısının ABŞ-ın “Poseydon” kəşfiyyatçı təyyarəsini ələ keçirdiyi bildirilir. Cənub Hərbi Dairəsi qüvvələrinin Hava Hücumundan Müdafiə sistemi kəşfiyyat təyyarəsinin Rusiyanın dövlət sərhədinə yaxınlaşdığını aşkar etdikdən sonra Su-27 havaya qalxıb.

Bir neçə gün bundan əvvəl, 23 iyul tarixində də Rusiyanın Müdafiə Nazirliyi Qara dənizin üzərində Rusiyaya sarı yaxınlaşan, son dəfə ələ keçirilən təyyarə ilə eyni markalı P-8A Poseydon ABŞ kəşfiyyat təyyarəsi və rus təyyarəsinin onun qarşısını necə almasını göstərən video yaymışdı.

Hurriyyet.org