Qara dəniz səmasında çəkişmə: Rusiyanın Su-27 qırıcısı ilə ABŞ təyyarələri…

132

 

Hurriyyet.org xəbər verir ki, Rusiyanın S-27 qırıcısı Qara dəniz üzərində ABŞ-a məxsus iki kəşfiyyatçı təyyarəni yaxalayıb. Məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Nazirlik bildirib ki, bu gün Rusiyanın hava məkanına nəzarət qurğuları dövlət sərhədinə yaxınlaşmaqda olan hədəfləri qeydə alıb. Ona görə də, mütəxəssislər Cənub Hərbi Dairəsinin növbətçi qüvvələrinə məxsus Su-27 qırıcısını havaya qaldırmağı qərara alıblar.

Rusiya qırıcısının heyəti ABŞ-ın RC-135 ВВС strateji kəşfiyyatçı təyyarəsi və ABŞ HDQ-nin P-8A “Poseydon” patrul aviasiyası təyyarəsinə doğru yola çıxıb. ABŞ təyyarələri yolunu dəyişəndən sonra Rusiya qırıcısı öz yerinə qayıdıb. Amerika kəşfiyyatçı təyyarələri sərhədi pozmadan geri qayıdıblar.

İyunun əvvəlindən bəri rus hərbçilər on dəfədən artıq xarici təyyarələrin Rusiya sərhədi yaxınlığında uçmasını müşahidə ediblər.

Moskva dəfələrlə bunun iki ölkə arasında əlavə gərginliyə səbəb olacağını bildirsə də, Vaşinqton bu xahişə rədd cavabı verib.