Qara dəliyin təsirindən “sağ çıxan” unikal qalaktika aşkar edildi

327

Əvvəllər düşünülürdü ki, daha aktiv qara dəliklər yerləşdikləri qalaktikaları udurlar. Lakin bir neçə müddət bundan öncə astronomlar bu məsələdə unikal istisna hal aşkar ediblər. Belə ki, alimlərin aşkar etdikləri qalaktika qara dəliyin mərkəzində sağ qalmaqla yanaşı ildə yüzlərlə böyük ulduz sistemi yaradır. Technote.az bildirir ki, bu barədə 4pda saytı xəbər verib.

CQ4479 adlı qalaktika Yer kürəsindən 5.25 milyard işıq ili uzaqlığında yerləşir. Onun mərkəzində isə soyuq kvazar mövcuddur. Bu kvazar qalaktikanın materialını udmaqla məşğuldur.

Buna baxmayaraq CQ4479 qalaktikası hər il Günəş ölçüsündə 100-ə yaxın ulduz yaradır. Bu kəşf adi uçuş təyyarəsinin daxilində olan SOFIA adlı infraqırmızı stratosfer teleskop vasitəsilə edilib. Tədqiqatın nəticələri onu göstərir ki, aktiv qara dəliklərin saylarının artması yeni ulduzların yaranması prosesini əvvəllər düşünüldüyü kimi sürətlə dayandırmır. Bu həmçinin kainatın təkamül prosesinə yenidən nəzər salmağa imkan verir.

Tədqiqatçılar güman edirlər ki, qalaktika öz həyat dövrünün sonuna çatmazdan öncə onda mövcud olan qara dəliyin kütləsi ilə ulduzların sayı 3 dəfə artacaq. Bu cür tədqiqatların aparılmasının əsas qəlizliyi ondan ibarətdir ki, kvazarları müşahidə etmək qeyri mümkündür. Belə ki, onlar həddindən artıq parlaq obyektlərdir. Bu isə öz növbəsində kvazarın yerləşdiyi qalaktikanın müşahidə olunmasını çətinləşdirir. SOFIA teleskopu isti tozdan ətrafa yayılan infraqırmızı işığı təyin edə bilir. Məhz bunun sayəsində bu yeni məlumatlar əldə edilib.